"Kara Sevda"dan toy xəbəri gəldi

Məşhur cütlük Neslihan Atagül və Kadir Doğulu toylarına hazırlaşırlar. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, cütlük ticarət mərkəzlərinin birində görüntüləniblər. İyulun 8-də toy edəcək nişanlılar özləri haqda maraqlı açıqlama veriblər: "Bizim üçün hər şeydən əvvəl ailəmizdir. Bayramda əsas planımız ailə böyüklərimizlə görüşüb əllərini öpməkdir. Bayram ruhunu yaşadıqdan sonra yəqin biz də tətilə çıxarıq. Bal ayımızı da Bodrumda keçirəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə