Bəstəkar Ruslan Əhmədoğlunun ailəsində xoş gün yaşanıb. SİA-ya bu haqda bəstəkarın özü məlumat verib: "Qardaşlarım Vüsalnan Fəxri igidliklə Ağdam döyüş bölgəsində hərbi xidmətlərini başa vurublar. Hər iki qardaşım ön cəbhədə döyüşüblər. Qardaşım Vüsal əsgərlikdən bir neçə gün bundan öncə gəlməsinə baxmayaraq işləyəcək. Belə ki, o, jurnalist olaraq çalışmaq niyyətindədir. Digər qardaşım Fəxri isə şirkətlərin birində rəhbər şəxs olaraq çalışacaq. Allah hərbi xidmətdə olan bütün əsgərlərimizə kömək olsun".
Qeyd edək ki, Ruslan, Vüsal, Fəxri qardaşları mərhum prokuror Əhməd Həsənovun övladlarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB