Niyam Səlami konsert verəcək

Müğənni Niyam Salami iyulun 6-da Ramazan bayramı münasibəti istirahət mərkəzlərindən birində konsert verəcək. SİA-nın məlumatına görə, sənətçi gecədə sevilən mahnılarını səsləndirəcəyini bildirib:"Bu müqəddəs ayda insanların istəyini nəzərə alıb, konsert verəcəyəm. Hətta biletlərin qiyməti də çox münasibdir. İstədim ki, konsertə hər kəs gələ bilsin. Bu konsertimdə bir çox sürprizlər olacaq. Gecədə repertuarımda sevilən mahnılarla yanaşı, yeni bəstələr də səslənəcək. Sənət dostlarım Səidə Sultan, Ramal İsrafilov, Mətanət Əsədova mənimlə bərabər olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə