Elçin: "Boşanmışamsa, övladımdan imtina etməliyəm?" AÇIQLAMA-FOTO

Elçin: "Boşanmışamsa, övladımdan imtina etməliyəm?" AÇIQLAMA-FOTO

Şəxsi həyatı ilə gündəmə gəlmək istəməyən aktyor Elçin Məmmədli "od püskürdü". SİA-ya açıqlama verən aktyor onun haqqında yayılan yalan xəbər barədə danışdı: "Bir neçə gün bundan öncə qızım İncini zooparka aparmışdım. Zooparka daxil olmaq istəyərkən şəkillərimizin çəkildiyinin fərqinə vardım. Həmin gün internet saytının birində haqqımda düzgün yazılmayan məlumatın dərc olunduğunu gördüm. Məlumatda yazılıb ki, guya rejissoram, üstəlik də boşandığım həyat yoldaşımla barışmışam. Bilməyənlər bilsin ki, aparıcı Könül Muxtarova ilə ailəli olmuşuq. Ancaq hazırda boşanmışıq. Könül xanımdan İnci adında 1 qız övladım var. Boşanmışamsa, bu o demək deyil ki, övladımdan da imtina etməliyəm. Kimliyimi tanımayan jurnalist necə haqqımda həqiqəti əks etdirən xəbər yaza bilər? Ümumiyyətlə bütün xəbər saytlarından xahiş edirəm ki, şəxsi həyatımla bağlı arışdırmadan məlumat yazmasınlar. Şəxsi həyatım özüm üçündür. Media nümayəndələri, şou yaratmaq üçün məni yox, digər sənət adamlarını hədəf seçin".

Bütün xəbərlər Facebook səhifəmizdə