Elnur klipinə kimi çəkdi? AÇIQLAMA

Elnur klipinə kimi çəkdi? AÇIQLAMA

Müğənni Elnur Məmmədov "Sevgimizin yağışı" adlı mahnısına klip çəkdirib. Bu haqda ekran işinin rejissoru Nail Naiboğlu məlumat verib: "Bəstənin müəllifi daha öncə Elnurun "Dönərəm" mahnısını yazan iş adamı Aygün Quliyevadır. Klipi doğum gününü qeyd edən müəllifə sürpriz olaraq çəkilib. Ekran işində "Vice Miss Azerbaijan 2013 " və "Miss Aki Inter 2013" mükafatına layiq görülmüş model Humray Qulamova rol alıb. Klip çəkilişləri səhər 9-dan gecə 3 kimi reallaşıb.

Qeyd edək ki, klipdə operator Rauf Qurbanəliyev, montaj Emin Muradov, prodüser Yavər Hüseynbəyovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə