Günay hamını şoka saldı

Bodrumda otellərin birində dəfilə keçirilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, podiuma çıxan məşhur modellər arasında qardaş ölkədə yaşayan azərbaycanlı Günay Musayeva da yer alıb. 8 gəlinliyin nümayiş edildiyi gecədə maraqlı anlar yaşanıb. Günay dəfilənin sonunda geyindiyi gəlinliklə birlikdə dənizə girib.

İslanan və ağırlaşan libasla birlikdə sahilə çıxmağa çalışan model çətin anlar yaşayıb. Mühafizəçilərin köməkliyi ilə sahilə çıxan Günay "Su çox soyuq idi" deyə, bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə