Müğənni Sinan Akçıl iki ildir birlikdə olduğu model Ebru Şallını aldatdığı barədə gəzən şaiyələrə son qoyub. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbuldakı məkanlardan birindən çıxarkən görüntülənən Sinan jurnalistlərin suallarını cavablandırıb. O, aktrisa Müjde Uzmanla bir yaxtada istirahət etməsini belə izah edib: "Sevgili deyilik. Onunla dostam. Birlikdə göründüyüm hər insan sevgilim deyil. Ebruya xəyanət etməmişəm. Biz onunla ay yarım əvvəl ayrılmışıq".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB