Bir vaxtlar siması olduğu firma türkiyəli müğənni Hadisəni məhkəməyə verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, şikayətdə ifaçının müqavilədəki şərtlərə zidd hərəkətlər etdiyi iddia olunub. Müqaviləyə əsasən Hadisə 1 il ərzində heç bir reklam çarxında çəkilməməli, heç nəyin siması olmamalıydı. Buna əməl etməyən müğənni qarşı tərəfə 250 min avro ödəməli olacaq.
Məhkəmə qərarında bildirilib:"Şikayətçi "DSM group" şirkəti tərəfindən edilən Hadisə əleyhinə şikayət qəbul olunub. Qərara əsasən 250 min avro noyabrın 26-sı 2012-ci ildən qüvvədədir. Pul ən yüksək faizi ilə alınacaq və qarşı tərəfə ödəniləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB