Müğənni Nazənin həyat yoldaşı Məhəbbət Həsənovun külli miqdarda borcunun olması barədə mətbuatda dərc olunan xəbərlərə münasibət bildirib. SİA-ya açıqlama verən Nazənin bildirib ki, həyat yoldaşının heç kimsəyə borcu yoxdur: "Hər gün barəmdə yalan xəbərlər eşidirəm, çoxuna da gülürəm. İndi də yazıblar ki, "Nazənin ərinin külli miqdarda borcu var". İlk əvvəl onu demək istəyirəm ki, bu xəbər yalandır. Jurnalist dostlarımızdan xahiş edirəm ki, barəmdə xəbəri yazmadan öncə məlumatı məndən dəqiqləşdirsinlər. Mənimlə telefon əlaqəsi yaratmaq elə də çətin deyil. Çünki media işçiləri ilə hər zaman ünsiyyətdə olmuşam. Barəmdə xəbəri yazmadan öncə, mənim də rəyimi öyrənsinlər. Reytinq üçün nələrsə etməsinlər. Güman edirəm ki, bu xəbər məni həzm edə bilməyənlərin mənə qarşı qurduğu qara piyarıdır. Bu yalan xəbər sifarişli də ola bilər. Borca gəldikdə isə, həyat yoldaşımın heç kimə borcu yoxdur. Heç kim deyə bilməz ki, Məhəbbət bəyin bizə borcu var. Əksinə bizə borclu olan şəxslər var. Çox xahiş edirəm ki, ailəmi əsassız məlumatlarda hallandırmasınlar".
Qeyd edək ki, bəzi saytlar müğənni Nazəninin həyat yoldaşı Məhəbbət Həsənovun bir neçə şəxsə borclu olduğunu yazıb. Xəbərdə bildirilir ki, M.Həsənovun borclarının sayı ümumilikdə bir milyondur.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB