Məşhur idmançı iftar süfrəsi verdi FOTOLAR

Məşhur idmançı iftar süfrəsi verdi FOTOLAR

Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, iş adamı Səbuhi Rəcəbov rəhbəri olduğu istirahət və əyləncə mərkəzinin açılışını edib. SİA-nın verdiyi xəbərə görə, tədbir rəmzi qırmızı lenti kəsməklə başlayıb. Lenti səbəbkarla birgə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev kəsiblər.

Tanınmış teleaparıcı Saleh Bağırovun təqdimatıyla açıq elan olunan tədbiri girişi sözüylə millət vəkili Adil Əliyev açıb: "Müqəddəs Ramazan ayı münasibəti ilə hər birinizi təbrik edirəm. Bu gözəl ayda sizin hər birinizi burada görmək qürurvericidir. Çox sevinirəm ki, Səbuhi qardaşımız bir çox tanınmış simaları bir araya gətirməyi bacarıb. Bu gün də bunun şahidi oluruq. Bu gün Azərbaycan dünyada inkişaf etmiş bir dövlət kimi tanınır və gördüyümüz kimi iş adamlarının Azərbaycanın tanınmasında, çiçəklənməsində verdiyi töhfələrinin şahidi oluruq. Səbuhi Azərbaycan vətəndaşlarının belə gözəl məkanda istirahəti üçün əlindən gələni edib, bunu yüksək qiymətləndirirəm. Ümumiyyıtlə, nəyinki gənclərimizlə, dövlətimizlə, Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevlə qürur duyuruq. Fəxr edirik ki, biz belə bir dövlətin vətəndaşıyıq. Hər birimiz bilirik ki, bu günləri dünyada baş verən iqtisadi durğunluq Azərbaycana da təsir edir. Amma buna baxmayaraq, vətəndaşlarımız öz gücüylə, işgüzarlığıyla, qabiliyyıətiylə, iradəsiylə durğunluğa qarşı mübarizə aparırlar. Bugünkü tədbirimiz də buna əyani sübutdur. Qardaşımız Hacı Səbuhi Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti kimi fəaliyyətini yükəsk qiymətləndirirm. Məkanımızın açılışı xeyirli və uğurlu olsun".

Daha sonra söz iş adamı Səbuhi Rəcəbov açılış mərasimində iştirak edən hamını salamlayaraq, müqqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edib. O, hər zaman Azərbaycan dövlətinə, millətinə sadiq qalacağını söyləyib.

Bundan başqa, fikirlərini bildirmək üçün söz idmançılara, ictimai xadimlərə və digər tanınmış şəxslərə verilib. Onlar da öz növbəsində səbəbkarı təbrik ediblər, S.Rəcəbova xoş arzularını çatdırıblar.

Rəsmi hissədən sonra S.Rəcəbovun təşəbbüsü ilə qonaqlar üçün iftar süfrəsi təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə