Samiraldoya hansı müğənni 3200 manatlıq hədiyyə verdi? AÇIQLAMA-FOTO

Samiraldoya hansı müğənni 3200 manatlıq hədiyyə verdi? AÇIQLAMA-FOTO

Stilist Samiraldo maraqlı məqamlara toxunub. SİA-ya açıqlama verən stilist ona şou-biznes ailəmdə dəyər verən dostlarından söz açıb: "Şou-biznes camisində bir çoxları ilə münasibətim yaxşıdır. Hətta mənim videolarımı tanınmış simalardan əməkdar artist Röya, müğənni Günay İbrahimli, prodüser Tolik öz "İnstagram" səhifələrində paylaşırlar. Mənə yaxın olan müğənnilər arasında Mətanət Əsədovanın adını böyük məmnuniyyətlə çəkə bilərəm. Çünki o sənətçinin gözəl ürəyi var. Əli açıq insandır. Mənə 1200 manatlıq ətir və 2000 manatlıq köynək hədiyyə edib. Mətanət xanım bunu ancaq özünə yaxın bildiyi insanlara edir. M.Əsədovanın özünə və sənətinə hörmət edirəm. Mətanət xanımı çox istəyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə