Müğənni Səidə Sultan iddialı açıqlamalar verib. SİA-ya danışan ifaçı bunları deyib: "Bir neçə gündür qara qüvvələr yenidən işə keçib. Məni qaralamağa, şərləməyə çalışırlar. Bu dəfə fotoşopla düzəldilmiş şəkli mənim adıma yaymaq istəyirlər. İndidən xəbərdarlıq edirəm, hər hansı kütləvi informasiya vasitəsi həmin şəkili yaysa, qanun qarşısında cavab verəcək. Bu, eyni zamanda sosial media istifadəçilərinə də aiddir. Fotoşopla düzəldilən həmin şəkli paylaşan istənilən şəxs qanun qarşısında məsuliyyətə cəlb olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB