Avstraliyalı Rosi Luikin yaşam hekayəsi arzusunu gerçəkləşdirmək istəyən insanlar üçün qərar vermək anının heç zaman gec olmadığını sübut edir. AsiaOne-a bildirir ki, Brisben şəhərində yaşayan Rosi Luikin 6 övladı var. Üstəlik o, 25 yaşı olanda ən yaxın rəfiqəsi üçün surroqat ana da olub.
"Rəfiqəm Loren Lixtauner ana ola bilmirdi. Ona yardım etmək qərarına gəldim və surroqat ana oldum. 2013-cü ildə Loren üçün əkiz qızlar doğdum. 4-cü övladımı dünyaya gətirəndə çox əzab çəkdim. Sonra yenə hamilə qaldım. İndi 3 qızım və bir oğlum var", - Rosi deyib. 30 yaşında isə Rosi model olmaq qərarına gəlib. O, indi məşhur amerikalı müğənni Britni Spirsə məxsus "Intimate Britney Spears" brendinin reklam simasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB