Kirayədə yaşadığı deyilən Şəbnəm Tovuzlu hamilə imiş AÇIQLAMA

Kirayədə yaşadığı deyilən Şəbnəm Tovuzlu hamilə imiş AÇIQLAMA

Deyilənlərə görə "Gelandewagen" hədiyyə edildiyi deyilən müğənni Şəbnəm Tovuzlu (Əsədova) kirayədə yaşayır. Məsələ ilə əlaqədar olaraq ifaçının özü ilə əlaqə saxladıq. SİA-ya açıqlama verən müğənni xəbəri təkzib etdi: "Son 1-2 aydır ki, haqqımda əsasız xəbərlər dərc edirlər. Mənimlə niyə bu qədər düşmənçilik edirlər anlamıram. Axı, mən də azərbaycanlı balasıyam. Bilməyənlər bilsinlər ki, Nərimanovda 3 otaqlı evim vardı. Onu satıb, 4 otaqlı mənzilə köçdüm. Hazırkı evim olduqca genişdir, təmirlidir. Evimə gələn sənət dostlarım bilir. Qaldı ki, bahalı maşın idarə etməyimə doğrudur. Həyat yoldaşım hədiyyə edib. Ərimlə eyni markalı avtomobil sürürük. Artıq bu barədə danışmaqdan yorulmuşam. Sənətə yeni-yeni addımladım. Məni hədəf seçdilər. Mən də bəzi müğənnilər kimi deyiləm ki, barəmdə düzgün olmayan xəbərləri dərc edən jurnalistləri yerində otuzdurum. Başımı aşağı salıb, işlərimi görürəm. Belə məlumatı yayanlar məni tanımırlar. Bilmirlər ki, çoxlarına yaxşılıq edirəm. Elə ən azı 3-4 ailəyə maddi dəstək oluram. Bir neçə gün bundan öncə haqqımda xəbər dərc olunub ki, həyat yoldaşım mənə villa hədiyyə edib. Məlumat kökündən səhvdir. Allah belə xəbəri yayanın belini qırsın. Əgər villam varsa, niyə də bəzi müğənnilər kimi reklam etməyim? Burda ayıb nə var ki?"

Müğənni şəxsi həyatından da söz açıb: "Gözəl ailəm var, xoşbəxtəm. 1 qız övladım var. Yenidən ana olacam. Artıq hamiləyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə