Hər dəfə qumara tövbə etdiyini deyən müğənni Serdar Ortaç sözünə əməl etməyib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı konsert üçün getdiyi otellərdən birinin salonunda yenidən qumar oynayıb. Müğənni 100 lirə qarşılığında 504 min lirə (təxminən 250 min manat) qazanıb.
Qeyd edək ki, sənətçi bir neçə gündən sonra paytaxtımızın qonağı olacaq. S.Ortaç iyulun 20-də Azərbaycanda səhnəyə çıxacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB