Əməkdar artist Lalə Məmmədova "Çıx yollarıma" adlı mahnısına klip çəkdirib. SİA-ya bu haqda ekran işinin rejissoru Nail Naiboğlu məlumat verib: "Çəkilişlər 20 saat davam etdi. Lalə dörd obrazda oldu. Ən diqqətçəkən anlardan biri də müğənnini hovuza salmağım oldu. Kimsə Laləni hovuzda klip çəkdirdiyi, soyunduğu üçün qınaya bilər. Biz etik qaydalara riayət etmişik, çərçivədən çıxmamışıq. Laləni çətinliklə razı sala bildim ki, yaxşı alınacaq. Çimərlik geyimini normal qəbul ediriksə, bunu da başa düşməliyik".
Qeyd edək ki,"Çıx yollarıma" adlı bəstənin sözləri Arzu Yahyayevanın, musiqisi Rasim Məmmədovundur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB