Yaraşıqlı aktyorlar necə qadınları bəyənir? SORĞU-FOTOLAR

Yaraşıqlı aktyorlar necə qadınları bəyənir? SORĞU-FOTOLAR

Türkiyənin məşhur aktyorlarının gizli xarakterləri ortaya çıxıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktyorlar hansı xarakterə malik olan xanımları bəyəndiklərini söyləyiblər. Onların fikirlərini təqdim edirik:

Burak Özçivit: "Öncə bəyəndiyim xanımın gözlərinə baxaram. Mənim üçün sevgi ordan başlar. Əgər bir qadın gözləri ilə danışa bilirsə, o xanım mənim üçündür. Onu tanıdıqdan sonra səmimiyyəti çox önəmlidir. Əgər yanımdakı xanım əyləncəli və sevimli deyilsə, münasibətimiz alına bilməz. Seçdiyim qız məni özünə uyğunlaşdırmalıdır. Mən ona böyük məmnuniyyətlə uyğunlaşmağa çalışacam".

Engin Öztürk: "Ünsiyyət qura biləcəyim qızlardan xoşum gəlir. Bəyəndiyim xanımın xarakteri mənim xasiyyətimə yaxın olmalıdır. Seçdiyim qız xasiyyətimə uyğun suallar soruşsun, mən də ona cavab verə bilim. Məndə ondan nələrisə soruşanda cavab verə bilsin. Daha çox əsmər qadınlardan xoşum gəlir".

Kenan İmirzalıoğlu: "Qadın 35 yaşından sonra şərab kimidir. Təcrübəmə əsasən həyat o yaşda xanımı daha da cazibədar edir. 35 yaşlı qadınlar güclü olur. Mən də belə şərab kimi qadınları sevirəm. Amma həmin qız sadə də olmalıdır. Özünü öyməməlidir. Əgər bir qadın özündən razı olarsa, ətrafındakı heç kimi görə bilməz və onun gözəlliyindən əsər-əlamət qalmaz".

Kıvanç Tatlıtuğ: "Mən makiyajdan az istifadə edən, dik daban ayaqqabı geyinməyən, gözəllik salonuna az-az gedən xanımları sevirəm. Kişi qadının özünə daha çox vaxt ayırdığını görəndə xoşuna gəlmir".

Çağatay Ulusoy: "Əsmər, boyu çox da hündür olmayan, gözləri hər zaman məna dolu baxışlarla baxan qızlardan xoşum gəlir. Bəyəndiyim xanım hər zaman məntiqlə hərəkət etməlidir, hissi ilə yox. Çünki mən də belə bir adamam. Sevdiyim xanım mənə dəyər verməlidir. Məni sevdiyini hərəkətləri ilə bəlli etməlidir, "canım" deməklə yox. Məni qısqana bilər. Məni qısqanan qadından xoşum gəlir. Xanımlarda ən çox bəyəndiyim xüsusiyyət istədiyini əldə edə bilməsidir. Sadaladığım xarakterlər mənim üçün qızın gözəlliyindən önəmlidir".

Tolgahan Sayışman: "Qadında gözəllik mənim üçün çox önəmlidir. Amma qız qəşəngdirsə, bu o demək deyil ki, ona bağlana bilərəm. Seçdiyim xanım mənə qarşı dürüst olmalıdır".

Berk Oktay: "Mən kök xanımları bəyənirəm. Qadın kürəyi açıq paltar geyinəndə xoşuma gəlir. Ümumiyyətlə bütün qadınlar özlərinə yaraşan libas geyinməlidirlər".

Seçkin Özdemir: "Özünə güvənən qızları sevirəm. Gözəl və özünü hər yerdə rahat hiss edən qadınlar xoşuma gəlir".

Mert Fırat: "Özünü geyindiyi libasın içində rahat hiss etməyən xanımları anlaya bilmirəm. Dik daban ayaqqabı geyinmək xanımlara qadağan olunmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə