Xalq artisti oğluna görə sənətdən uzaqlaşır? AÇIQLAMA

Xalq artisti oğluna görə sənətdən uzaqlaşır? AÇIQLAMA

Xalq artisti Gülyaz Məmmədova onun yolunu davam edən oğlundan söz açıb. SİA-ya açıqlama verən sənətçi övladı üçün yeni mahnılar yazdırdığını deyib: "Özüm kənara çəkilib, oğlum Ramazanı üzə çıxarmaq istəyirəm. Belə ki, onun səsini sənətkarlar çox bəyənir. Mən də ona dəstək oluram. Belə ki, sentyabr ayı üçün yeni mahnılar yazdırıram. İstəyirəm Ramazanın repertuarı rəngarəng olsun".

Sənətçi yeni işlərindən də söz açıb: "Yeni mahnılar olduqca çoxdur. Belə ki, bəstəkar Nailə Mirməmmədli ilə ordumuza aid mahnı hazırlayırıq. Daha sonra Kəmalə Abıyevanın sözlərinə yazılmış "Azərbaycan-Türkiyə" adlı bəstə üzərində çalışırıq. Bu mahnılar tezlikləişıq üzü görəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə