Müğənni Ayaz Qasımov yeni mövsümdə işləmək qərarına gəlib. SİA-ya bu haqda ifaçının prodüseri məlumat verib: "Ayaz Qasımov Türkiyədən istirahətdən yeni dönüb. O, yenidən ailəsiylə bölgələrimizdə dincələcək. İfaçının istirahətə bu qədər vaxt ayırmasına səbəb yeni mövsümdə işlərinin çox olmasıdır. Belə ki, sənətçi sentyabr ayında yeni mahnılar yazdıracaq və klip çəkdirəcək. Bundan başqa həmkarlarının biri ilə duet oxuyacaq. Bu haqda ətraflı məlumat vermək istəmirəm. Çünki A.Qasımov sadaladığım layihələri tam hazır etdikdən sonra tamaşaçılara təqdim edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB