Efirlərdən uzaq düşən xalq artisti nədən gileyləndi? AÇIQLAMA

Efirlərdən uzaq düşən xalq artisti nədən gileyləndi? AÇIQLAMA

Xeyli müddətdir efirlərdən uzaq gəzən xalq artisti Mübariz Tağıyevdən xəbər var. SİA-ya açıqlama verən ifaçı görsənməməsinin səbəbini açıqlayıb: "İşimin başındayam. 4 yeni mahnı yazdırıram. Belə ki, Faiq Sücəddinovun, Eldar Mansurovun, İlham Abdullayevin bəstələrini ifa edəcəm. Hazırda aranjeman işləri gedir. Başım özümə qarışıb. Ona görə tamaşaçılar məni efirlərdə görə bilmir".

Bir çox layihələrdə munsif qismində dəvət olunan xalq artisti hazırda belə verilişə dəvət almamasından da gileylənib: "Bildiyiniz kimi bir neçə lahiyələrdə juri qismində iştirak etmişəm. Hazırda hələki heç bir verilişə dəvət almamışam. Bu məni kədərləndirir. Düşünürəm ki, sentyabr ayında maraqlı layihəyə imza atılar".

Bütün xəbərlər Facebook səhifəmizdə