Mətanət Niyamla gizli saxladığı sirrini üzə çıxaracaq AÇIQLAMA

Mətanət Niyamla gizli saxladığı sirrini üzə çıxaracaq AÇIQLAMA

Müğənni Mətanət Əsədova yaradıcılığında edəcəyi yeniliklərdən söz açıb. SİA-ya bu haqda ifaçının özü məlumat verib: "Bir neçə gün bundan öncə yeni mahnımı təqdim etdim. Bəstə "Leyli Məcnun" adlanır. Mahnı hamıya gözəl hiss bəxş edir. Bəstə olduqca əhval-ruhiyyəlidir. Bundan başqa sentyabr ayında daha bir mahnımı sevənlərimin ixtiyarına verəcəm. Sözügedən bəstə artıq hazırdır".

Mətanət Əsədova həmkarı Niyam Səlami ilə olan iş birliyindən də söz açıb: "Niyamla "Hanı, o sevgimiz" adlı lirik duet oxumuşduq. Həmin bəstəyə fotosessiya çəkdirdik. Yay mövsümü gəldiyi üçün sözügedən şəkilləri ortaya çıxara bilmədik. Amma yeni mövsümdə N.Səlami ilə həmin fotosessiyanı təqdim edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə