Acun "Survivor"u yarımçıq saxladı

Aparıcı Acun Ilıcalı "Survivor"un dünən axşam canlı yayımlanan yarımfinalını İstanbulda baş verən terror hücumuna görə erkən bitirib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Şimali Kiprdən birbaşa efirə gedən proqramda Damla və Atakan finala çıxmaq üçün yarışıblar. Efir vaxtı İstanbul Hava Limanında baş verən partlayış xəbərini alan Acun Ilıcalı finalçını açıqlayaraq efiri vaxtından tez bitirib.

Qeyd edək ki, finalda Serkayın rəqibi Atakan olub.

Bütün xəbərlər Facebook səhifəmizdə