Müğənni Mustafa Ceceli dünən verdiyi açıqlamaya görə üzr istəyib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, o, "oruc tutmur" deyən izləyicisini sərt tənqid etdikdən sonra peşman olub. Sənətçi bu haqda "Tvitter" hesabında yazıb: "Sevgili dostlar, dünən yazdığım yazını öz üstünə götürənlər olub, onlardan üzr istəyirəm. Sonra oxuyanda mən də bu üslubu özümə yaraşdırmadım. Hacı Bektaş Velinin "İncinsen de incitmə" sözü mənə dərs olsun. Sevgiylə…"
Qeyd edək ki, Mustafa Ceceli ona şər atan izləyicinə əsəbiləşərək "Bir şərəfsiz 5 yaşlı oğlumun yeməyini qoyub mənim oruc tutmadığımı iddia edib. Allah cəzanı versin, soysuz. Yazdım, anlamadınız, bir daha yazım, bunlara heyvan demək heyvanlara təhqidir. Mən üzüağ Allaha hesabımı verərəm, amma böhtan atanlar sonsuza qədər cəhənnəm çuxurunun qonağıdır. Gözünüz dönüb, qansızlar" yazmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB