Xatirə İslam: "Müğənnilər daş olub, düşüb murdarların başına" FOTOLAR

Xatirə İslam: "Müğənnilər daş olub, düşüb murdarların başına" FOTOLAR

Müğənni Xatirə İslam ailəsi ilə Çexiyanın Karlovı Varı şəhərində dincəlir. SİA-nın verdiyi xəbərə görə, ifaçı orada lentə aldırdığı fotoları sosial şəbəkədə paylaşıb. Onun bu paylaşımları izləyənləri tərəfindən yaxşı qarşılanmayıb. İfaçı sosial şəbəkədə ünvanına yazılanlara sərt reaksiya verib: "Öz profilimdə şəkil paylaşıram, bəzi boş-bekar səviyyəsizlər bura nə gəldi rəy yazmasınlar. Mən şəkil paylaşıram, siz bir-birinizi qırırsınız. Dünyanın heç yerində belə şey yoxdur. Mənə maraqlıdır heç bir sənət sahibinin gəzməyi, kefi sizi qıcıqlandırmır. Yalnız müğənnilər daş olub bəzi murdarların başına düşüb. Elə ortadan çatlayın. Allah bilir kimə nə verir. Atın bu paxıllığı içinizdən. Allahın məsləhətinə şükür. Qəlbinizi təmiz tutun, inanın hər işiniz düzələcək. Bu arada sevənlərimi bağrıma basıram".

Bütün xəbərlər Facebook səhifəmizdə