Əsl adı Curtis Jackson olan məşhur reper 50 Cent Karib dənizinin şərq hissəsində yerləşən Sent-Kits və Nevis Federasiyasında festivalda çıxış edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, reper heç kimin gözləmədiyi hərəkəti edib. Belə ki, 40 min adamın izlədiyi konsertdə səhnədə söyüş söydüyü üçün öz komandası ilə birlikdə polis əməkdaşları tərəfindən nəzarət altına alınıb. Təxminən 20 min dollar pul cəzası ödəyən ifaçı sonradan sərbəst buraxılıb.
Qeyd edək ki, Sent-Kits və Nevis Federasiyasında təşkil olunan konsertlərdə söyüş söymək qadağan olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB