"Efirə o zaman çıxacam ki, verilişin aparıcısı qatıqlamasın" AÇIQLAMA

"Efirə o zaman çıxacam ki, verilişin aparıcısı qatıqlamasın" AÇIQLAMA

Stilist Samiraldo fanatlarından söz açıb. SİA-ya açıqlama verən stilist onu sevənlərə qarşı hər zaman diqqətcil olduğunu bildirib: "Gün ərzində ən azı 5 tədbirə qatılıram. Hər mərasimdə milyonlarla məni sevən insanlarla rastlaşıram. Sevənlərim həddindən artıq çoxdur. Mənimlə şəkil çəkdirmək üçün mühafizəçilərin belə üstündən keçib, gəlirlər. Bu məni çox sevindirir. Onlardan bu qədər sevgi gördüyümə görə mən də pərəstişkarlarıma qarşı diqqətciləm. Fanatlarımla olduqca səmimiyəm. Üzümdə maska yoxdur. Məni sevənlərə qarşı heç vaxt özümü öyməmişəm. Çünki mən də onların içərisində ola-ola tanınıb, sevilmişəm".

Stilist onu qara siyahıya atan telekanallardan də söz açıb: "Xeyli müddətdir ki, telekanallar məni verilişlərinə dəvət etmirdi. Artıq mənə kanallardan təkliflər gəlir. Lakin mən verilişlərə o zaman çıxacam ki, layihənin aparıcısı işini bilsin, qatıqlamasın. Eyni zamanda proqram səviyyəli olsun. Əks təqdirdə bəzi kanallardan pul alaraq verilişə çəkiləcəm. Özü də həmin telekanal rəhbərliyinə elə pul deyəcəm ki, verə bilməsin".

Bütün xəbərlər Facebook səhifəmizdə