Müğənni Ceyhun Əliyev istirahətə yollanacağını deyib. SİA-ya açıqlama verən ifaçı vətəndən kənarda dincəlmək istədiyini bildirib: "İstirahətə ehtiyacım var. Belə ki, ölkədən kənarda dincəlmək istəyirəm. Barselonaya, Kiprə, Bodruma səfər etməyi planlaşdırıram. Həmin ölkələrlə tanış olmaq niyyətim var. İstirahətə getsəm, ailəmlə yox, tək yollanacam".
İfaçı həmkarlarından da söz açaraq, onları tənqid edib: "Şou-biznesimizdə sönüklük var. Müğənnilər efirlərə çıxmaqdan imtina edir. Sanki sənətə həvəsləri qalmayıb. Fikrimcə, işləmək, aktiv olmaq lazımdır".
Ceyhun duet oxumaq istədiyini də bildirib: "Ola bilsin ki, yeni mövsümdə solo mahnılarımla yanaşı, duet də ifa edim. Duet ortağının kimliyini hələ ki, gizli saxlayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB