Bahar Lətifqızı qəzaya düşdü FOTO

Bahar Lətifqızı qəzaya düşdü FOTO

Müğənni Bahar Lətifqızı avtomobil qəzası keçirib. SİA-nın məlumatına görə, sənətçinin ağır vəziyyətdə olduğu xəbəri yayılıb.

B.Lətifqızı sosial şəbəkədə hadisə ilə bağlı fikirlərini bölüşüb:"Ağır yol qəzası keçirdiyim və vəziyyətimin ağır olduğu xəbərləri yayılıb. Maşınımın təkəri başqa avtomobilin təkərinə sürtülüb. Dövlət yol polislərimiz sağ olsunlar, çəkilişə gecikdiyim üçün tez özlərini çatdırdılar və problemi aradan qaldırdılar. Vəziyyətim yaxşıdır, heç bir xəsarət almamışam".

Qeyd edək ki, hadisə B.Lətifqızı əməkdar artist Mehriban Xanlarovanın verilişinə gedərkən baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə