Berdan Mardini nikah masasına oturub

Müğənni Berdan Mardini 5 illik susqunluğuna son qoyacaq. SİA-nın verdiyi xəbərə görə, ifaçı iyul ayında "Kimim ben" adlı albomu ilə partlayış etməyə hazırlaşır. Sənətçi bununla yanaşı albomdakı "Sen hariç" mahnısına Kilyosda klip lentə aldırır. Ekran işində slovakyalı, brazilyalı, isveçli və türkiyəli modellər çəkilib. 20 saata çəkilən klipdə Berdan Mardini nikah masasına da oturub. Dört gözəlin arasında qalan ifaçı ssenariyə uyğun olaraq evlənməkdən vaz keçir. Müğənni yeni işlərini tezliklə təqdim edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə