Ülviyyə Əliyeva sevənlərə şad xəbər AÇIQLAMA

Ülviyyə Əliyeva sevənlərə şad xəbər AÇIQLAMA

Aktrisa Ülviyyə Əliyeva sentyabr ayında yeni layihə ilə tamaşaçılarının qarşısına çıxacaq. SİA-ya bu haqda aktrisanın özü məlumat verib: " "Bu maraqlıdır" adlı layihə ilə tamaşaçıların görüşünə gələcəyik. Verilişdə dünyada baş verən maraqlı hadisələrdən danışılacaq. Eyni zamanda hər proqramda bir müğənni qonağımız olacaq. Mənimlə verilişi Ramiz Alışov idarə edəcək. "Bu maraqlıdır" proqramının layihə rəhbəri Ramiz Alışovun özüdür. Veriliş 21:45-də yayımlanacaq".

Aktirsa bu mövsüm istirahət etməyəcəyini də bildirib: "İşlərim olduqca çoxdur. Belə ki, hazırda teatrda obrazlar canlandırıram. Bundan başqa serialda və layihələrdə yer almışam. Bu yay dincəlməyi qətiyyən düşünmürəm, vaxtım yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə