Müğənni-aktrisa Kübra Hüseynovanın tezliklə ailə quracağı haqda xəbərlər yayılıb. Bu məlumatların mətbuatda yer almasına səbəb ifaçının sosial şəbəklərdə gəlinlikdə olan fotolarını paylaşmasıdır.
Məsələ ilə əlaqədar olaraq aktrisanın özü ilə əlaqə saxladıq. SİA-ya açıqlama verən ifaçı xəbərin kökündən yalan olduğunu söylədi: "Ailə qurmaq barədə düşünürəm. Ailə hər bir xanımın həyatında önəmli rol oynayır. Amma hələki bu haqda fikirləşmirəm. Zamanı gələndə mən də ərə gedəcəm. Qaldı ki, sosial şəbəkələrdə paylaşdığım fotolara onlar verilişlərin birində lentə alınıb".


.jpg)

.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB