Müğənni: "Elə sözlər deyərəm ki, insanların üzünə baxa bilməzsən"
Radio proqramlarının birində qonaq olan müğənni Hande Yener düşmən olduğu həmkarı Demet Akalının ünvanına xoşagəlməz sözlər deyib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, o, qarşı tərəfə söz ataraq "Divalıq mərtəbəsinə doğru irəliləyirəm" söyləyib.
Daha sonra Hande Demet Akalının qızı Hiranın sosial şəbəkədə fotosunun altına yazılan xoşagəlməz sözlərin ona aid olmadığını deyib: "Sosial şəbəkələrimi idarə edən komandam var. Həmin komanda məni təhqir edənləri qara siyahıya atır və onlara cavab verir. Ünvanıma yazılan təhqiredici sözləri hələ də saxlayıram. Məni söyənləri məhkəməyə verəcəm".
Müğənni Demet Akalın qalmaqal yaşadığı həmkarının etdiyi bu hərəkəti cavabsız qoymayıb. Belə ki, H.Yenər haqda inanılmaz fikirlər səsləndirib "Mənim də səbrim var. Bir gün mətbuata sənin haqqında elə sözlər deyəcəm ki, insanların üzünə baxa bilməyəcəksən. Hamıya haqqında unudulan məqamları bir daha xatırladacam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB