Müğənni 11 milyonluq villasını satır FOTOLAR

Müğənni 11 milyonluq villasını satır FOTOLAR

Keçmiş "Take That" qrupunun üzvü, dünyaca məşhur ingilis pop ifaçısı Robbi Uilyams Kaliforniyada Beverli-Hillsdəki malikanəsini 11 milyon dollara satışa çıxarıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 992 kvadratmetr sahəsi olan villanı 2002-ci ildə müğənni Klint Blekdən 5,45 milyon dollara satın alıb və yenidən təmir etdirib. İdman salonu, 7 yataq otağı və 11 vanna otağı olan malikanənin həyətində hovuz da var.

Qeyd edək ki, türk əsilli amerikalı həyat yoldaşı, aktrisa Ayda Fildlə 2010-cu ildən evli olan 42 yaşlı ifaçının Los-Anceles və Londonda da evləri var.

Uilyamsın satışa çıxardığı evin fotolarını təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə