Avtomobil qəzası keçirən "Elitstar" Cəmilə danışdı AÇIQLAMA

Avtomobil qəzası keçirən "Elitstar" Cəmilə danışdı AÇIQLAMA

"Elitstar" ləqəbi ilə tanınan müğənni Cəmilə idarə etdiyi "Hundai" markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək qəza keçirib.

Məsələ ilə əlaqədar olaraq ifaçının özü ilə əlaqə saxladıq. SİA-ya danışan sənətçi bunları dedi: "Ələt-Astara magistral yolunun Qardili kəndi ərazisindən keçən hissəsində qəza törətdim. Qarşıdan gələn maşınla toqquşmamağım üçün avtomobilimi sağa çəkdim. Maşında yaşlı xalam qızı var idi. Yüngül xəsarət alıb və bir az da qorxub. Mənə də heç nə olmayıb. Allaha şükürlər olsun ki, hər şey yaxşıdır. ".

Qeyd edək ki, polislər tərəfindən faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə