Müğənni Əbdül Xalid görkəmindən söz açıb. SİA-ya açıqlama verən ifaçı idmanla məşğul olduğunu söyləyib: "Çəkim çoxalmışdı. Artıq idmana başlamışam. Xeyli çəki atmışam. Hazırda 85 kiloqramam. Onu da qeyd edim ki, hər kəs sağlamlığı üçün idmanla məşğul olmalıdır".
Müğənni bu yay istirahət edəcəyini də söyləyib: "İşlərimi qaydasına salandan sonra dincələcəm. Hər il olduğu kimi bu dəfə də gözəl bölgəmiz olan Tovuzda istirahət edəcəm. Özüm də Tovuzluyam. Dədə-baba yurduma ailəmlə birgə gedəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB