"Qonorarımı göndərməyi unudublar, yadlarına salaram”
Amir adlı özbək müğənnisi Murad Arifin "İnşallah" mahnısını oğurlayıb. SİA-nın verdiyi xəbərə görə, o, bəstəni ifa etməklə yanaşı, ona klip də çəkdirib.
Məsələ ilə əlaqədar olaraq M.Arif məhkəməyə müraciət edəcəyini bildirib:"Oğurluq. Buna yaxşı-yaxşı baxın. Mən bilmirəm bu Murad Arif hitlərinə nə qatıblar ki, onları hər yerdən istəyirlər. Bu dəfə "İnşallah" mahnımı özbək qardaşlarımız icazəsiz oxuyub, mənimsəyib. Ona klip də çəkdirib. Qonorarımı göndərməyi unudublar. Eybi yox, mən yadlarına salaram".
Qeyd edək ki, bəstənin sözləri və musiqisi M.Arifin özünə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB