Atasını baltalayan müğənninin əri həbs olundu

Atasını baltalayan müğənninin əri həbs olundu

Aktrisa Harika Avcınn 25 yaşlı əri İbrahim Öztürk həbs olunub. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, atasını mətbəx baltası ilə yaralayaraq qolunu qırıb. İ.Öztürk qəsdən sağlamlığa ağır zərər vurmas maddəsi ilə həbs edilib, atası isə təcili şəkildə xəstəxanaya yerləşdirilib.

Şahidlərin dediyinə görə, İbrahim valideynlərinin yaşadığı evə gedərək atasından pul istəyib. Lakin atası oğlunun narkotik maddə alacağını bildiyi üçün ona pul verməyib. Əsəbiləşən İbrahim mətbəxdən baltanı götürərək atasının üstünə gedib. O, hətta ortaya girən anasını də təhqir edib.

Bu günlərdə isə İstanbul Məhkəməsi qərarını açıqlayıb. İ.Öztürkün ata-anası şikayətçi olmasa da, onun haqda çoxlu zorakılıq və təhqir şikayətləri araşdırılıb, nəticədə 8 illik həbs cəzası alıb.

Qeyd edək ki, 56 yaşlı H.Avcı 2009-cu ildə ərə getdiyi meneceri İ.Öztürkün onu döydüyünü deyərək bir neçə dəfə boşanmağa cəhd etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə