Antalyada olan müğənnimiz vətənə dönən kimi nə edəcək? AÇIQLAMA-FOTOLAR

Antalyada olan müğənnimiz vətənə dönən kimi nə edəcək? AÇIQLAMA-FOTOLAR

Müğənni Xatun maraqlı işə imza atacaq. SİA-ya bu haqda ifaçının prodüseri Pənah Eldaroğlu məlumat verib: " Xatun reper Nadir Nəğd Pulla duet oxuyub. Həmin duet üçün klip çəkiləcək. Artıq ekran işi üçün hazırlıq prosesləri yekunlaşmaq üzrədir. Klipdə sujet xətti olmayacaq. Ekran işində ifaçılarla yanaşı rəqqasələr də yer alacaq. Klipin rejissorunu isə hələki sirr saxlayırıq. Tezliklə açıqlayacağıq".

İfaçının prodüseri Xatunun hazırda Antalyada olduğunu bildirib: "Sənətçi hazırda qardaş ölkədə istirahət edir. Xatun xanım ola bilsin ki, Antalyadan qayıtdıqdan sonra Azərbaycanın səfalı yerlərində yenidən dincəlsin. Bu da bizim iş qrafikimizdən aslıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə