Səməd Səmədov toylara dəvət almamasından gileyləndi AÇIQLAMA

Səməd Səmədov toylara dəvət almamasından gileyləndi AÇIQLAMA

Xalq artisti Səməd Səmədov toylara dəvət olunmamasından gileylənib. SİA-ya açıqlama verən ifaçı son 3 aydır ki, el şənliklərinə getmədiyini bildirib: "Hazırda bildiyiniz kimi Ramazan ayıdır. Toylar yoxdur. Artıq son 3 aydır ki, el şənliklərinə dəvət almıram. Buna səbəb də xalqımızın pulsuzluqdan əziyyət çəkməsidir. Hamı kredit ödəyir. Evlənməyi düşünmür".

Sənətçi nəvələri ilə istirahətdə olduğunu bildirib: "Zaqataladayam. Buraya ailəmlə birgə dincəlmək üçün gəlmişəm. Hələ bundan sonra da 10 gün bölgələrimizdə istirahət edəcəm. Xarici ölkəyə üz tutmayacam. Hər kəsə də məsləhət görürəm ki, istirahət üçün vətəni tərk etməyə dəyməz. Çünki Azərbaycanımızın gəzməli, görməli yerləri var".

Bütün xəbərlər Facebook səhifəmizdə