Beyonse "Lemonade" albomundan "Sorry" ("Bağışla") mahnısına klip çəkdirib. SİA-nın xarici mətbuata istinadən xəbər verir ki, klip ağ-qara rəngdə çəkilib. Ekran əsərində tennisçi Serena Uilyams rol alıb. Cazibədar rəqslər edən Serena və Beyons pərəstişkarlarını təəccübləndiriblər. Kliplə yanaşı mahnının mətni də maraqla qarşılanıb. Çünki ifaçı sındırılmış ürəkdən, xəyanətdən danışaraq, həyat yoldaşı Cey Zi ilə aralarında ciddi problemlər olduğunu gizlətməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB