Saleh Bağırov yeni mövsümdə nələr edəcək? AÇIQLAMA

Saleh Bağırov yeni mövsümdə nələr edəcək? AÇIQLAMA

Aparıcı Saleh Bağırovdan xəbər var. SİA-ya bu haqda aparıcının özü məlumat verib: "Sentyabr ayında ola bilsin ki, yeni nəfəslə tamaşaçıların qarşısına çıxım. Bəzi ideyalar var. Onları həyata keçirmək istəyirəm. Amma hələ ki, bu ideyaların gerçəkləşməsi üçün təsdiq olmasını gözləyirəm. Düşünürəm ki, hər şey xeyirliyə doğrudur".

Aparıcı istirahət etməyi də düşündüyünü söyləyib: "Hələ ki, dincəlməyə vaxt ayıra bilməmişəm. Bəzi işlərim var. Onları yarımçıq qoyub, gedə bilmərəm. Amma özüm də hiss edirəm ki, artıq istirahətə ehtiyyacım var. Dincəlməyə getsəm bölgələrimizi seçəcəm. Ola bilsin ki, Bakıdan kənarda istirahət edim. Çünki olmadığım ölkələri görmək istəyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə