Bakıda "Baku Fashion Night 2016" olacaq FOTO

Bakıda "Baku Fashion Night 2016" olacaq FOTO

Bakıda növbəti "Baku Fashion Night 2016" layihəsi keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, iyunun 25-də olacaq tədbirin əsas təşkilatçısı FMS Models model agentliyin rəhbəri Lyubov Gutorovadır.

"Baku Fashion Night 2016" moda gecəsinin qonaqlarını maraqlı və rəngarəng proqram gözləyir. Tədbirdə rəssam-keramist Vüsalə Ağaraziyevanın və gənc dizaynerlərin aksessuarlarının, bijuteriyalarının və zinət əşyalarının sərgisi nümayiş olunacaq.

Gecənin əsas proqramı modelyer-dizaynerlərin "Yay 2016" kolleksiyalarının moda nümayişləri təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə