Rəqqasə Fatimə Fətəliyeva yenidən Azərbaycanı tərk edəcək. SİA-ya bu haqda rəqqasənin özü danışıb: "Festivala hazırlaşırıq. "Banu" rəqs məktəbimin uşaqları ilə Gürcüstana gedəcəyik. Orada təşkil olunan festivalda Azərbaycanı təmsil edəcəyik. "Ana vətən" adlı kompozisiyanı rəqsimizlə nümayiş etdirəcəyik. Festival iyul ayının 1-7-dək olacaq".
Rəqqasə onun haqqında gəzən şayiələrə də münasibət bildirib: "Müğənni Rüfət Axundovla birgə New-Yorka səfər etdik. Orada 2 gün konsertdə olduq. Bu səfərimiz zamanı bəziləri söylədi ki, Rüfətlə birgə klip çəkdiririk. Amma xəbər əsassızdır".
Fatimə bu mövsüm istirahət etməyi düşünmədiyini söyləyib: "İşlərim çox olduğu üçün dincəlməyi planlaşdırmıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB