Aparıcı Hacı Nuran həmkarı Emil Şahzadə ilə qohum olub. SİA-nın verdiyi xəbərə görə, Hacı Nuran həmkarının övladının kirvəsi olub. H.Nuran aparıcı və xanımı ilə fotosunu paylaşaraq "Bu gün yenə də kirvə oldum. Gözəl aparıcı, çox sevdiyim qardaşım Emil Şahzadənin övladının kirvəsi. Allah mübarək etsin" sözlərini qeyd edib.
Qeyd edək ki, Emil ötən il Könül adlı xanımla ailə qurub. Cütlüyün oğlu bu ilin martında dünyaya gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB