Rəqsanə: "Çox bədbəxtsiniz, içinizi paxıllıq çürüdüb"

Rəqsanə: "Çox bədbəxtsiniz, içinizi paxıllıq çürüdüb"

Müğənni Rəqsanə İsmayılova ünvanına deyilən xoşagəlməz fikirlərə münasibət bildirib. SİA-nın verdiyi xəbərə görə, ifaçı sosial şəbəkədə onlara xəbərdarlıq edib: "Mən nə özümdənrazıyam, nə də yekəxanayam. Mən də hamı kimi insanam. Yalnız bir fərqim var ki, tanınmışam. Keçmişimi unudan insan deyiləm. Bir çox xanımlar mənə yazırlar, pəhrizimi soruşurlar. Hamıya tək-tək cavab verə bilmirəm. Bir dəfə hamıya yazdım, ordan götürün. Mənə paxıl deyirsiniz. Vallah, mən paxıl deyiləm. Artıq-əskik yazan bəzi insanlara demək istəyirəm ki, çox bədbəxtsiniz. İçinizi paxıllıq çürüdüb. Niyə bu qədər günah qazanırsınız? Məni sevmirsinizsə, izləməyin. Niyə girib burda nə gəldi yazırsınız? Mehriban ola bilmirsinizsə, pis də olmayın. Mənim gözəlliyim iki balam və ailəmdir. Neynirəm dünya gözəli olmağı? Mənim özüm boyda qızım var, təzədən ərə gedəcəm? Alan olmayacaq, evdə qalacam? Yazıq olmayın, kimisə pisləməyin. Mənim yaşayış tərzim, ailəm, işim o qədər gözəldir ki, sizə fikir vermirəm. Bəsdirin, özünüzə yığışın".

Bütün xəbərlər Facebook səhifəmizdə