Bəstəkar-müğənni Tunar Rəhmanoğlu reperturında yenilik edəcək. SİA-ya bu haqda ifaçının özü məlumat verib: "İki yeni mahnı hazırlamışam. Bəstələr "Sevərəm, "Dərdə düşdüm" adlanır. Bu mahnıları mənim ifamda eşidəcəksiniz. Bundan başqa bacım Günellə yeni duetimiz hazırdır. Həmin dueti sentyabr ayında tamaşaçılara təqdim edəcəyik. Sözügedən duetin adını hələ ki, gizli saxlayıram".
Tunar bu mövsüm istirahət etməyi də planlaşdırdığını söyləyib: "Hazırda başım işlərimə qarışıb. Amma bir neçə gündən sonra İstanbula, bacımın yanına gedəcəm. Orada istirahət edəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB