Artıq günlərdir anonsları yayımlanan və hər kəsin səbrsizliklə gözlədiyi xalq artisti Aygün Kazımovanın konserti baş tutub. SİA-nın verdiyi xəbərə görə, yayın ilk konserti Nabranda reallaşıb. Gecəni idarə etmək aparıcı Lamiyə Ələkbərovaya həvalə olunub. Səhnəyə çıxan gecənion səbəbkarı Aygün Kazımova böyük izdihamla qarşılanıb. Xalq artisti səhnədə göstərdiyi performansla bundan əvvəlki müsahibələrində dediyi kimi , sözünə əməl edərək Nabranı yerindən oynadıb. Peşəkar rəqqaslarla birgə möhtəşəm şou göstərən ifaçını daha sonra aparıcı İslam Mehrəliyev və Təranə Əliyeva əvəz edib. Onların Rusiya şou-biznesinin tanınmış simaları Alla Puqaçova və Maksim Qalkinin obrazını canlandırması isə gecənin ən maraqlı və gözlənilməz məqamlarından biri olub. Ailəvi istirahətə gələn qonaqlar üçün unudulmaz gecə yaşadan Aygün Kazımovanı səhnədə yaxın dostu Rəhim Rəhimli tək qoymayıb. Rəhimin səhnədəki şousuna isə rəqqasə Rəna Ağamuradova çıxışı ilə rəng qatıb. Gənclərin nəbzini tutmağı bacaran Rəhimli mahnıları, rəqsi və enerjisi ilə özünəməxsus şou göstərib. Gecə ərzində xalq artisti tamaşaçıların zövqünü oxşamaq üçün müxtəlif geyimlərdə çıxış edib.
Kazımovanın performansını izləmək üçün tanınmış bəstəkar Gövhər Həsənzadə və aparıcı Afaq Gəncəli də gecəyə təşrif buyurub. Tamaşaçılarına yayın ən unudulmaz gecəsini yaşadan Aygün Kazımovaya sürpriz hazırlanıb. Belə ki, konsertin sonlarına yaxın xalq artistinin illər ərzində yaradıcılıq fəaliyyətindən bəhs edən film nümayiş olunub. Daima səmimiliyi seçilən xalq artisti konsertin sonunda ürək sözlərini sevənləri ilə bölüşərək, bu illər ərzində onu heç vaxt tək qoymadıqları üçün hər kəsə təşəkkürünü bildirib.
Sənətçi gecəni yeni mahnısı olan "Orasına burasına"nı ifa etməklə bitirib. Konsertdən sonra DJ Roşka səhərədək diskoteka təşkil edib.










Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB