Bəstəkar Ruslan Əhmədoğlu yaradıcılığındakı yenilikdən söz açıb. SİA-ya açıqlama verən Ruslan çalışdığı müğənnilərdən danışıb: "Müğənni Samir Priyevlə yayın hitini hazırlamışıq. Türk dilində olan bəstə "Başqasını sev" adlanır. Mahnının sözləri Altay Yaşara, musiqisi mənə, aranjemanı İlkin Valehoğluna aiddir. Bəstə Samir Priyevin ifasında çox maraqlı alınıb. Layihənin rəhbəri prodüser Anar Mədətovdur. Bundan başqa yaxın dostum Xatirə İslamla iş birliyim var. Xatirə xanımla bir mahnını demək olar ki, hazırlamışıq. İfaçı yaxın günlərdə həmin bəstəni dinləyicilərin ixtiyarına verəcək. Bu mahnıdan başqa daha iki bəstə üzərində çalışmaq niyyətindəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB