Bir müddətdir küsülü olduqları deyilən əməkdar artist Röya Ayxan və "Bozbash pictures"də Fəlakət obrazını canlandıran aktyor Elşən Orucov bir araya gəlib. SİA-nın verdiyi xəbərə görə, onlar İstanbula yollanıblar. Dostlar istirahətdən olan fotolarını "İnstagram" səhifələrində paylaşıblar.
Qeyd edək ki, R.Ayxan bir müddət əvvəl açıqlamasında Elşəndən küsdüyünü və yeni barışdıqlarını bildirmişdi.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB