Aktyor: "Türkiyədən təklif gəlsə, böyük məmnuniyyətlə qəbul edərəm" MÜSAHİBƏ-FOTOLAR
Aktyor Tural Baxışın müsahibəsini SİA-ya oxucularına təqdim edirik:
-Hazırda yaradıcılığınızda hansı yeniliklər var?
-Bildiyiniz kimi, "Həyat sən nə qəribəsən" serialında "Sadiq" obrazını canlandırırdım. Artıq ekran işi bitib. Amma yeni serialla sentyabr ayında ekranlara gəlməyi düşünürəm. Hələ bu haqda danışıqlar gedir.
-Özünüzü ən çox hansı janrında olan filmlərdə görürsünüz?
-Mənim üçün ciddi və komediya janrı fərq etmir. Çünki hər işin özünə görə zövqü var.
-Aktyor olaraq teatrda yoxsa serialda çalışmaq asandır?
-Hər ikisi çətindir. Amma çalışıram ki, əlimdən gələni edim. Çünki nəticə etibarı olaraq ortaya normal iş ərsəyə gətirmək istəyirəm.
-Bəzi həmkarlarınız Türkiyə seriallarında rol almağa can atırlar. Siz bu haqda nə fikirləşirsiniz?
-Bir müddət öncə Türkiyədən təklif gəlmişdi. Amma nədənsə alınmadı. Bundan sonra qardaş ölkədə çəkilməyim üçün dəvət olunaramsa, böyük məmnuniyyətlə qəbul edərəm.



.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB